Milli üzvü “Qarabağ”dan ayrıldı
Qadın həndbolçulardan ibarət milli komandamızın üzvü Minayə Məmmədova klubunu dəyişib.
Aut.az xəbər verir ki, yığmamızın həndbolçusu yeni mövsümdən “Kür” komandasının uğurları üçün çalışacaq.
Xatırladaq ki, ötən mövsüm “Qarabağ”ın heyətində çıxış etmiş həndbolçu yeni komandasında 10 nömrəli forma ilə oynayacaq.
