Basketbol

Azərbaycan millisi dünya reytinqində geriləyib

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi dünya reytinqində beş pillə geriləyib.

Aut.az Beynəlxalq Basketbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yığma komanda 66,7 xalla 118-ci sırada qərarlaşıb.

Milli komanda Avropa zonasında 45-cidir.

ABŞ millisi 786,6 xalla liderdir. 778,2 xala malik İspaniya ikinci yerdədir. Son dünya çempionu Almaniya isə üçüncü pilləyə (759,7 xal) yüksəlib.

Azərbaycan millisi 2027-ci il Qətərdə keçiriləcək dünya çempionatının ilkin təsnifat mərhələsində İsveçrə, Kosovo və İrlandiya yığmaları ilə birlikdə A qrupunda mübarizə aparacaq.