Basketbol

Mövsümün ən yaxşı oyunçusu seçildi

“San Antonio Spurs” basketbolçusu Viktor Vembanyama Milli Basketbol Assosiasiyasında (MBA) mövsümün ən yaxşı oyunçusu seçilib.

Aut.az xəbər verir ki, səsvermədə 495 xal toplayan fransalı oyunçu “Oklahoma” və “Şarlottadan” müvafiq olaraq Çet Holmqren (295) və Brendon Milleri (86) qabaqlayıb.

Qeyd edək ki, Vembanyama artıq geridə qalan mövsümdə hər oyun üçün orta hesabla 21,4 xal toplayıb, 10,6 ribaund edib və 3,9 asistə imza atıb. Normal mövsümdə Viktor 71 oyun keçirib.

Müntəzəm mövsümün sonunda “San Antonio” NBA pley-offundan kənar qalıb. Komanda Qərb Konfransında 14-cü olub.