Görün Donçiç Podolskiyə nə hədiyyə etdi – FOTO
Milli Basketbol Assosiasiyasının (NBA) “Los Angeles Lakers” klubunun sloveniyalı ulduz basketbolçusu Luka Donçiç alman futbolçu Lukas Podolskiyə idman ayaqqabısı hədiyyə edib.
Aut.az xəbər verir ki, müvafiq fotonu Sloveniya Basketbol Federasiyasının mətbuat xidməti sosial şəbəkələrdə paylaşıb. İdmançılar Avropa çempionatında Sloveniya millisi İslandiya millisi ilə görüşdə qalib gəldikdən sonra bir araya gəlib. Slovenlər 87:79 hesabı ilə qalib gəliblər. Luka oyunun ən məhsuldar basketbolçusu olub. O, 26 xal, 7 ribaund və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

