Basketbol

Tarixə düşdü: Bunu bacaran ilk oyunçu oldu

“Denver Naggets” komandasının ulduzu Nikola Yokiç NBA tarixində indiyədək heç kimə nəsib olmayan elit göstəriciyə imza atıb.

Aut.az xəbər verir ki, bu barədə “Basket News” məlumat yayıb.

Serbiyalı mərkəz oyunçusu NBA tarixində müntəzəm mövsümü eyni anda həm ribaund, həm də asist üzrə lider kimi başa vuran ilk basketbolçu olub.

O, orta hesabla 12,9 ribaund və 10,7 asistlə yadda qalıb. 31 yaşlı basketbolçu eyni zamanda 27,7 xal toplayaraq ardıcıl ikinci mövsümdə orta statistik göstəricilərinə görə tripл-dabl edib.

Xatırladaq ki, son turda “Denver Naggets”San Antonio Spörs” üzərində 128:118 hesablı qələbə qazanıb. Bu oyun Yokiç üçün cari mövsümdə klub səviyyəsində 65-ci qarşılaşma olub.