Sabiq basketbolçu Valentina Vinyalini İtaliyada gündəmdən düşmür. O, idmandakı çıxışları ilə yanaşı, həm də model kimi tanınıb.
1991-cu ildə dünyaya gələn italyan gözəl 1999-cu ildə basketbolla məşğul olmağa başlayıb. 8 il sonra “Basket Servia” ilə Serie A2-də debüt edib. 2010-cu ildə isə Valentina gənclərin çempionatının gümüş medal qazanıb.
Bir müddət sonra isə modellik karyerasına başlayıb. Onu bu sahəyə ailə dostu dəvət edib. Bu sahədəki debütü gözəllik müsabiqəsində olub. 2006-cı ildən sonra Vinyali populyarlaşmağa başlayıb. İtaliyanın populyar milli gözəllik müsabiqələrindən “Miss Muretto”da iştirakçı olub. Həmin yarışma onun üçün uğurlu alınlb. Adını finalçılar siyahısına yazdıra bilib. Bununla paralel Valentina basketbolçu kimi karyerasını davam etdirirdi.
LA7 kanalında yayımlanan basketbol üzrə İtaliya A seriyası ilə bağlı proqrama dəvət almağa başladı. Ancaq model kimi daha uğurlu idi. Jurnalların üz qabağı üçün fotosessiyalara qatılırdı. Eyni zamanda, filmlərə də çəkilirdi.
5 il öncə isə həyatında xoşagəlməz hadisə yaşandı. Onda xərçəng xəstəliyi aşkarlandı. Ancaq bu mübarizədən qalib ayrılmağı bacardı. Bu, həyatının və karyerasının ən böyük qələbəsi idi.
32 yaşlı basketbolçu hazırda “Virtus Pavona”da klubunda çıxış edir.
Aut.az