Ronaldodan Səudiyyə Ərəbistanı liqasında tarixi rekorda
Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı liqasında rekorda imza atıb.
Aut.az xəbər verir ki, “Əl-Nəsr” in forvardı 32-ci turda “Əl-Hilal”la (1:1) matçın 1-ci dəqiqəsində yarımmüdafiəçi Otavioya assistentlik edib.
İndi 39 yaşlı portuqaliyalının cari çempionatda 44 effektiv hərəkəti var: 33 qol və 11 məhsuldar ötürmə. Bu, liqa tarixində ən yaxşı nəticədir.
Aut.az
