İngiltərə

Salah Klopp haqda: Ona zəng edib…

“Liverpul”un hücumçusu Məhəmməd Salah yayda komandadan ayrılacaq baş məşqçi Yurgen Klopp haqda danışıb.

Aut.az xəbər verir ki, Salahın sözlərini “Daily Mail” sitat gətirib.

“O, məni bir oyunçu kimi təkmilləşdirdi, amma əlbəttə ki, biz bir-birimizə çox kömək oluruq və klubun kuboklar qazanması üçün əlimizdən gələni edirik.

Bir insan kimi öyrəndiyim odur ki, əgər mənim problemim olsa, ona zəng edib fikrini soruşa bilərəm. Biz bu münasibəti ömürlük davam etdirəcəyik və əbədi olaraq əlaqə saxlayacağıq”, – Salah bildirib.

Klopp 2015-ci ildən “Liverpul”a rəhbərlik edir və mövsümün sonunda komandadan ayrılacaq.

Aut.az