İngiltərə

UEFA İngiltərə klubunu yenə cərimələcəyək? – Maliyyə qaydaları pozulub

“Aston Villa” ardıcıl ikinci il UEFAnın maliyyə qaydalarını poza bilər.

Aut.az xəbər verir ki, bununla bağlı futbol maliyyəsi üzrə ekspert Kiran Maquayr xəbərdarlıq edib.

Klub ötən il UEFA-nın gəlir və heyət xərcləri ilə bağlı tələblərinə əməl etmədiyi üçün təxminən 9,5 milyon funt sterlinq cərimələnmişdi.

Hazırda “Villa” yenidən heyət xərcləri qaydasını pozmaq riski altındadır. Bu qayda maaşlara, transferlərə və agent ödənişlərinə xərclərin klub gəlirinin 70 faizindən çox olmamasını tələb edir. Əvvəlki razılaşmaya görə kluba ağır sanksiyalar gözlənilməsə də, yeni pozuntu əlavə cərimə ilə nəticələnə bilər.

“Aston Villa”nın UEFA qaydalarını pozması ehtimalı var. Bu tələbi yenidən yerinə yetirməmək təhlükəsi mövcuddur və bu, xal silinməsi deyil, daha çox növbəti maliyyə cəriməsi ilə nəticələnə bilər”, – deyə Maquayr bildirib.

Klub Premyer Liqa qaydalarına uyğun hərəkət edib. Buna qadın komandasının ana şirkətinə satılması da kömək edib. Lakin UEFA qaydalarına görə, belə əlaqəli tərəflər arasında bağlanan müqavilələr rəsmi gəlir kimi qəbul edilmir və bu da klubun cəzalanma riskini artırır.

Aut.az