Dünya futbolu

14 yaşında debüt: Əfsanənin rekordu qırıldı – VİDEO

Argentina kubokunun 1/16 final mərhələsində “Deportivo Riestra” doğma meydanda “Nyuells Old Boyz”a 0:1 hesabı ilə uduzub.

Aut.az xəbər verir ki, bu oyunda Argentina futbolunda rekord müəyyənləşib. Qarşılaşmanın 85-ci dəqiqəsində Mateo Apolonio peşəkar karyerada debüt edib.

Apolonio 2010-cu ildə anadan olub. 14 yaş 29 günlüklə o, Argentina kuboku tarixinin ən gənc oyunçusu olub.

Bundan əvvəlki rekord əfsanəvi Serxio Aqueroya məxsus idi. O, “İndependiente”də 15 yaş 35 günlükdə debüt edib.

Aut.az