6 təklifə “yox” deyib, hətta onun da sözünü yerə salıb
2023-cü il iyulun 1-dən azad agent statusunda olan “Real”ın keçmiş yarımmüdafiəçisi Eden Azar yay transfer pəncərəsində müxtəlif klublardan gələn 6 təklifi rədd edib.
Aut.az xəbər verir ki, bu barədə AS məlumat yayıb. Mənbənin sözlərinə görə, futbolçu ABŞ, Səudiyyə Ərəbistanı, İngiltərə, İspaniya, Fransa və Şotlandiyadan maraqlı təkliflər alsa da, heç birini qəbul etməyib.
Məlumatda “İnter Mayami”nin belçikalı yarımmüdafiəçi ilə maraqlandığı da qeyd olunur, lakin Azar Devid Bekhemin də sözünü yerə salıb.
Xatırladaq ki, daha əvvəl mətbuatda bildirilmişdi ki, Azar peşəkar karyerasını bitirmək niyyətindədir.
Aut.az
