İndi xalqımız problemsiz dondurma yeyə bilər – Özbəkistanın baş məşqçisi
Özbəkistan millisinin məşqçisi komandanın DÇ-2026-nın final turnirinə vəsiqəsini dəyərləndirib.
Aut.az xəbər verir ki, Timur Kapadze BƏƏ ilə heç-heçədən (0:0) sonra fikirlərini bildirib.
-Şükür Allaha, uzun və çətin yoldan sonra mühüm nəticə əldə etdik. Bu nəticə üçün çox iş görüldü, xalqımızı, prezidentimizi ürəkdən təbrik edirəm.
Bu, təkcə bizim deyil, həm də bütün xalqımızın qələbəsidir. Dünəndən telefonlarımız zəng çalır, sevənlərimiz, sevdiklərimiz bizə daim dəstək olur, dualar edir. Bu dəstək və dualar bizə böyük ruh yüksəkliyi və güc verdi.
Futbolçularımız hər matçda əzmkarlıq göstərdilər, çox çalışdılar və nəticəni də aldıq. Bu gün hamımız üçün xeyirli olsun! Əvvəllər bizdə nə isə çatmırdı, xüsusən də “dondurma yemək” arzusu. İndi biz dünya çempionatına vəsiqə qazanmışıq və xalqımız problemsiz dondurma yeyə bilər.
-Sizcə, Olimpiadaya gedəndə təzyiq daha çox idi, yoxsa bu gün (Kapadze əvvəllər Özbəkistanın U23 komandasına rəhbərlik edirdi)?
-Olimpiya yığması millidən bir pillə aşağıdadır. Amma o vaxt təzyiq də yüksək idi. Amma milli komanda ölkənin əsas komandasıdır, ona görə də məsuliyyət səviyyəsi də yüksəkdir.
Aut.az
