Slovakiyadan tarixi qələbə: Hələ beləsi olmamışdı
Slovakiya millisi Avro-2024-ün qrup mərhələsinin 1-ci turunun matçında Belçikaya 1:0 hesabı ilə qalib gəlib.
Aut.az xəbər verir ki, slovakiyalılar üçün bu, FİFA reytinqində “ilk 3-lük”də qərarlaşan komanda üzərində tarixi, ilk qələbədir.
Bundan əlavə, “şahinlər” qatıldıqları son 4 böyük turnirdə ən azı 1 qələbə qazanmağı bacarıblar. Slovakiya millisi DÇ-2010-da İtaliyaya (3:2), AÇ-2016-da Rusiyaya (2:1), AÇ-2020-də isə Polşaya (2:1) qalib gəlib.
Aut.az
