İlk dəfə: Azərbaycan xizək alpinizmi üzrə dünya kubokuna ev sahibliyi edəcək
Azərbaycan ilk dəfə xizək alpinizmi üzrə dünya kubokuna ev sahibliyi edəcək.
Aut.az xəbər verir ki, bu yarışın ölkəmizdə keçirilməsi üçün Beynəlxalq Xizək Alpinizmi Federasiyasına (ISMF) ünvanlanan müraciət müsbət qarşılanıb.
ISMF-nin təqviminə salınan dünya kubokunun 2025-ci il yanvarın 11-12-də “Şahdağ” Turizm Mərkəzində təşkili nəzərdə tutulub.
Dünya kubokunun Azərbaycanda keçirilməsi ilə bağlı qərar bu il martın 9-10-da AQİNF və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan beynəlxalq xizək alpinizmi seriya yarışından sonra ISMF tərəfindən hazırlanan uğurlu qiymətləndirmə hesabatının nəticəsi əsasında verilib.
