Heç bir “Real” olmayacaq: “Bavariya”nın ulduzu müqaviləni uzadır
“Bavariya”nın cinah müdafiəçisi Alfonso Deyvis klubu ilə müqaviləsini uzada bilər.
Aut.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.
Deyvisin “Bavariya” ilə müqaviləsi 2025-ci ilin yayında başa çatır. Əvvəllər 26 yaşlı kanadalı yeni müqavilə imzalamaqdan imtina edib. Bildirilirdi ki, o, ya bir ildən sonra azad agent kimi, ya da yayda “Real”a keçmək istəyir.
Lakin son vaxtlar “Real” Deyvisin transferi ilə bağlı çox passiv davranır. Bu, müdafiəçini “Bavariya” ilə müqaviləsini uzatmaq barədə düşünməyə vadar edib. Deyvisin transfer qiyməti 60 milyon avro olaraq qiymətləndirilir.
Aut.az
