İngiltərə

45 illik seriya qırıldı

İngiltərə Premyer Liqasının 32-ci turu çərçivəsində “Mançester Yunayted” doğma meydanda “Lids Yunayted” ilə qarşılaşıb. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Aut.az xəbər verir ki, bu nəticə qonaqlar üçün əlamətdar olub. Belə ki, komanda 1981-ci ildən sonra ilk dəfə İngiltərə çempionatı çərçivəsində “Old Trafford” stadionunda qələbə qazanıb.

Həmin vaxtdan bəri komandalar “Mançester Yunayted”in meydanında 18 dəfə üz-üzə gəlib. Bu oyunların 11-də “Lids” məğlub olub, 7 qarşılaşma isə heç-heçə ilə nəticələnib.

Qeyd edək ki, “Lids Yunayted” 2010-cu ildə də İngiltərə Kuboku çərçivəsində “Old Trafford”da “Mançester Yunayted” üzərində qələbə qazanmışdı.

Aut.az