İngiltərə nəhəngi onun transferini tamamladı: 50 milyona
“Bolonya”nın müdafiəçisi Rikkardo Kalafiori tezliklə “Arsenal” klubunun futbolçusu olacaq.
Aut.az xəbər verir ki, bu barədə insayder Nikolo Skiranın məlumat yayıb.
Tərəflər transferlə bağlı tam razılığa gəliblər. “Topçular” bu keçidə görə 50 milyon avro ödəyəcək.
İtalyan müdafiəçi isə 5 illik müqavilə imza atacaq. Onun maaşı ildə 3,5 milyon avro olacaq (bonuslarda +0,5 milyon).
Aut.az
