Əfsanə uşaqlar üçün kitab çıxaracaq – FOTO
NBA klubu Los-Anceles Leykersin superulduzu Lebron Ceyms öz yazdığı uşaqlar üçün kitabın çıxacağını açıqlayıb.
Aut.az xəbər verir ki, kitabın adı “Happy Spooky Halloween” (“Əyləncəli Qorxulu Helloween”) olacaq və 2026-cı ilin yayında satışa çıxarılacaq.
Qeyd edək ki, Lebron Ceyms daha əvvəl də uşaqlar üçün ədəbiyyat nəşr etmişdi. 2020-ci ildə “I Promise” (“Mən söz verirəm”) adlı kitabı işıq üzü görmüş və sonradan “NAACP Image Award” mükafatında “Ən yaxşı uşaqlar üçün ədəbiyyat əsəri” nominasiyasında qalib olmuşdu.
Aut.az

