Ukraynalı basketbolçu ölkədən qaçarkən saxlanıldı
“Kiyev-Basket” klubunun basketbolçusu Vadim Zaplotinski Ukrayna sərhədini qanunsuz keçməyə cəhd edərkən saxlanılıb.
Aut.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
“26 yaşlı müdafiəçi Vadim Zaplotinski mayın 12-də Bukovinada bir qrup şəxslə sərhədi qanunsuz keçməyə cəhd edərkən saxlanılıb”, – məlumatda deyilir.
Zaplotinski 2023/24 mövsümündə ən yaxşı müdafiə oyunçusu seçilib.
“Kiyev-Basket” Ukrayna çempionatında “Çerkassı Mavp”a qarşı 3-cü yer uğrunda seriyada qalib gələrək, bürünc medallara sahib olub.
Aut.az
