“Qarabağ” Toralın bu hərəkətinə görə cərimə olunacaq
AFFA İntizam Komitəsi (İK) “Qarabağ”ı cərimələyəcək.
Aut.az xəbər verir ki, buna Ağdam klubunun 27 nömrəli yarımmüdafiəçisi Toral Bayramovun meydana komanda yoldaşı, 29 nömrəli Marko Veşoviçin şortu ilə daxil olması səbəb olub. Bayramovun fərqli şortla oynaması klubu sadəcə maddi baxımdan ziyana salacaq. Bununla bağlı başqa bir qərar olmayacaq.
Qeyd edək ki, “Neftçi” – “Qarabağ” matçı qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
