“Neftçi” bu iki futbolçunu da göndərdi
“Neftçi” klubu daha iki futbolçu ilə yolları ayırıb.
Aut.az xəbər verir ki, Robert Bauer və Rafael Quzzo ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Bu barədə “ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, paytaxt təmsilçisi daha əvvəl 7 oyunçu ilə vidalaşdığını açıqlayıb. Yeqor Boqomolski, Azər Əliyev, Azər Salahlı, Yuri Matias, Rəhman Hacıyev və Höccət Haqverdinin müqavilə müddəti başa çatıb. Bu oyunçularla müqavilə yenilənməyib. Həmçinin icarə müqaviləsi bitən Rüstəm Samiqullin məxsus olduğu “Sabah” klubuna qayıdıb.
