Dünya futbolu

Bu ölkə də Super Liqaya “yox” dedi

Portuqaliya Futbol Federasiyasının (FPF) prezidenti Fernando Qomeş Avropa İttifaqının Ədalət Məhkəməsinin Avropa Superliqasının yaradılması üçün qanuni imkan yaradan qərarına münasibət bildirib.

“2020-ci ildə biz Superliqanın yaradılması ilə bağlı fikir ayrılığımızı artıq göstərmişik. Üç ildən sonra biz eyni mövqeyi saxlayırıq və hesab edirik ki, bu, ümumilikdə futbol və xüsusən də Portuqaliya futbolu üçün pis fikirdir, çünki bütün idman prinsiplərini pozur. Buna görə də FPF həmişə federasiyalar və liqalardan kənarda təşkil edilən yarışların əleyhinə olub və olacaq”, – Portuqaliya Futbol Federasiyasının rəsmi saytı Qomeşdən sitat gətirir.

Xatırladaq ki, Avropa İttifaqı Məhkəməsinin bu qərarı dekabrın 21-də verilib. Bundan sonra Super Liqanın yenilənmiş versiyasının formatı təqdim olunub. Bu turnirin təqdimatından sonra ilk günün sonunda Avropanın 5 liqasından 17 klub açıq şəkildə turnirdə iştirakdan imtina edib.

Aut.az