Müller Messiyə qarşı: Bu, istədiyim finaldır
Tomas Müller MLS Kubokunun finalında Lionel Messi ilə oyundan gözləntilərini bölüşüb.
Aut.az xəbər verir ki, “Vankuver” dekabrın 6-da finalda “İnter Mayami” ilə qarşılaşacaq.
“Messi Müllerə qarşı deyil, “Mayami” “Vankuver”ə qarşıdır. Bəlkə də rəqib bizdən çox Messidən asılıdır, nəinki “Vankuver” məndən. Çünki bizim çox yaxşı komandamız var… Yaxşı, nə demək istədiyimi bilirsiniz.
Bu, mənim istədiyim final idi. Və təkcə planetin ən yaxşı futbolçusuna qarşı oynayacağıma görə yox, həm də çoxlu diqqət çəkəcəyinə görə həyəcanlanıram. Bu, hər kəs üçün mükəmməl bir vəziyyətdir”, – Müller bildirib.
Aut.az
