Faciə yaşanacaqdı: Nəhəng pankart azarkeşlərin üzərinə düşdü – VİDEO
İyunun 22-də “Tvente”nin iştirakı ilə keçirilən yoldaşlıq görüşündən əvvəl baş az qala faciə yaşanacaqdı.
Aut .az xəbər verir ki, hər iki komanda meydançaya daxil olarkən qapının arxasındakı tribunaya bərkidilmiş nəhəng pankart çöküb.
Pankart azarkeşlərin üzərinə düşüb. Niderland mətbuatının məlumatına görə, 10 nəfər yaralanıb, onların hamısı huşunu itirib. Azarkeşlərə tibbi yardım göstərilib.
“Tvente” “Stevo” ilə oynamalı idi, lakin matç baş tutmayıb.
