Avropa Çempionatı

UEFA Ronaldo ilə şəkil çəkdirən uşağa bu cəzanı verdi

UEFA AVRO-2024-də Türkiyə ilə qarşılaşmada (3:0)  Portuqaliya millisinin lideri Kriştiano Ronaldo ilə selfi çəkmək üçün meydana qaçan uşağı cəzalandırıb.

Aut.az xəbər verir ki, ona gələcək çempionat oyunlarının hamısında iştirak qadağan edilib.

Qeyd edək ki, stüardlar onu tutaraq stadionu tərk etməyə məcbur etməmişdən əvvəl oğlan meydançaya çıxıb, telefonunu çıxarıb və Ronaldo ilə şəkil çəkdirməyə nail olub.

Yaşını nəzərə alaraq, oğlan ulduzla görüşdüyünə görə azarkeşlər  tərəfindən böyük rəğbətlə qarşılandı.

UEFA Ronaldo ilə şəkil çəkdirən uşağa bu cəzanı verdi

Aut.az