Braziliyalı istedadı bu klub “ovladı”
PSJ “Korintians”dan yarımmüdafiəçi Qabriel Moskardonun transferi ilə bağlı razılığa gəlib .
Aut.az xəbər verir ki, tərəflər 20 milyon avroluq əməliyyat məbləği barədə razılığa gəliblər. Bu barədə ESPN məlumat yayıb.
Mənbənin məlumatına görə, Moskardo bu yaxınlarda Parisə gələcək və 5 illik müqavilə imzalayacaq.
Keçən yay “Korintians” “Çelsi”nin futbolçu üçün 22 milyon dollarlıq təklifini rədd etmişdi.”Arsenal”, “Mançester Yunayted” və “Atletiko Madrid” də Moskardonu nəzərdən keçirsələr də, təklif göndərməmişdilər.
“Sambaçı” peşəkar karyerasına başlamazdan əvvəl “Barselona” futbolçu ilə maraqlansa da, onunla müqavilə bağlamaq üçün aparılan danışıqlar nəticəsiz qalıb.
Moskardo bu il “Korintians”ın əsas komandasında debüt edib. O, 25 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
Aut.az
