İngiltərə

Getmək istəyir, “Arsenal” isə…

“Arsenal” transfer pəncərəsi zamanı qapıçısı Aaron Ramsdeyli buraxmaq istəmir.

Xüsusilə söhbət Premyer Liqada əsas rəqiblərin düşərgəsinə keçməkdən gedirsə.

Əgər Ramsdeyl transferdə israr etsə, o zaman “Arsenal” onu yalnız əhəmiyyətli məbləğə satmağa hazır olacaq. Hər hansı icarə təklifləri rədd ediləcək.

Bu mövsüm Ramsdeyl  start heyətində David Rayeyə uduzur və bütün yarışlarda cəmi 9 oyun keçirib. O, klubunu dəyişmək istəyir, çünki matç təcrübəsinin olmaması İngiltərə ilə Avro-2024-ə getmək şansını aşağı salır.

Aut.az