Azərbaycan futbolu

“Neftçi” milyonlar itirdi, “Qarabağ” isə…

“Transfermarkt” portalı Azərbaycan Premyer Liqasında çıxış edən futbolçuların dəyərlərini açıqlayıb.

Aut.az xəbər verir ki, yayda açıqlanan siyahıda birinci olan “Neftçi”nin hücumçusu Andre Şinyaşiki böyük məbləğdə dəyər itirib. Həmin vaxt 3 milyon avro “bazar qiyməti” olan futbolçunun hazırda dəyəri 1 milyon avrodur. Buna səbəb ABŞ-ın “Şarlott” klubundan transfer edilən forvardın gözləniləndən aşağı səviyyədə çıxış etməsi olub. O, 16 oyunda 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

Sözügedən siyahıya hazırda Leandro Andrade (“Qarabağ”), Yuri Matias, Emin Mahmudov (hər ikisi “Neftçi”) triosu liderlik edir. Yuri 600 min, Emin 200 min dəyər itirdiyi halda Andrade qiymətini 300 avro artırıb. Kapo-verdeli futbolçu Azərbaycanla yanaşı, Ağdam təmsilçisinin də ən dəyərlisi hesab edilir.

Maraqlıdır ki, “ilk onluq”da yer alan futbolçulardan dördünün “bazar qiyməti” artıb. Birində isə transfer dəyəri sabit qalıb. Digərlərində isə eniş müşahidə olub. Ən bahalı futbolçulardan üçü “Neftçi”nin, ikisi “Sabah”ın, digərləri isə “Qarabağ”ın üzvləridir.

"Neftçi" milyonlar itirdi, "Qarabağ" isə...

Çempionatın ən bahalı komandası isə yenidən “Qarabağ” olub. Ağdam təmsilçisi “Neftçi”dən zirvəni təhvil alıb. Buna səbəb “ağ-qaralar”ın 32.1%, yəni 5,35 milyon avro dəyər itirməsi olub. “Köhlən atlar” bu müddətdə 575 min avroluq artıma nail olub.

“Neftçi”dən başqa “Sabah” və “Qəbələ” də dəyər itirib.

Heybət

"Neftçi" milyonlar itirdi, "Qarabağ" isə...