Dünya futbolu

Kroos futbolçu kimi əməkdaşlıq etdiyi şirkətin səhmlərini aldı

Almaniyalı sabiq yarımmüdafiəçi Toni Kroos karyerasına agent biznesi ilə başlayıb.

Aut.az xəbər verir ki, bu barədə yarımmüdafiəçinin özü İnstaqram səhifəsində məlumat verib.

Kroos futbolçu karyerası ərzində onun maraqlarını təmsil edən “360 Sports” agentliyinin səhmdarı olub.

35 yaşlı alman futbolçu deyib: “Bəzi futbolçulara idman səyahətləri ilə bağlı məsləhətlərimi verəcəyəm və təcrübələrimi bölüşəcəyəm”.

Xatırladaq ki, Kroos ötən ilin yayında Avro-2024-dən sonra futbolçu karyerasını başa vurub.

Aut.az