Enrikedən təəccüblü açıqlama: PSJ bu kuboka layiq deyildi
PSJ-nin baş məşqçisi Luis Enrike UEFA Superkuboku matçında “Tottenham” üzərində qazanılan qələbə ilə bağlı fikirlərini bölüşüb.
Aut.az xəbər verir ki, ispaniyalı mütəxəssis bu sözləri deyib:
“Düzünü desəm, biz bu titulun tam haqqını qazanmamışıq. Biz gördük ki, “Tottenham” altı həftə məşq keçmişdi, biz isə yalnız altı gün. Bu böyük fərqdir. Nəticədən razıyam, amma o, tam ədalətli deyil.”
Qeyd edək ki, Paris klubu matçın gedişində 0:2 hesabı ilə geri düşsə də, oyun sonunda hesabı bərabərləşdirərək penaltilər seriyasında 4:3 qələbə qazanıb.
Aut.az
