Almaniya

Bundesliqada istefa

Almaniya Bundesliqa klubu “Union Berlin” Nenad Bjelikanın baş məşqçi postundan qovulduğunu rəsmən açıqlayıb.

Aut.az xəbər verir ki, bu, “Union Berlin”in cari mövsümdə istefaya göndərdiyi ikinci məşqçidir. Ötən ilin noyabrında paytaxt klubu Urs Fişeri istefaya göndərmişdi.

Mövsümün sonuna kimi Marko Qrote “Union Berlin”in baş məşqçisi vəzifəsini icra edəcək. O, artıq ötən il noyabrın 15-dən 25-dək, Fişer işdən çıxarıldıqdan sonra və Bjelikanın təyinatından əvvəl müvəqqəti olaraq komandanın məşqçisi vəzifəsində çalışmışdı.

Mövsümün bitməsinə iki tur qalmış “Union Berlin”, Bundesliqa turnir cədvəlində 15-ci yerdədir və düşmə zonasından cəmi bir xal öndədir.

Aut.az