Bu ulduzlar Parisdə Argentina millisinin heyətində olacaq
“Benfika”nın müdafiəçisi Nikolas Otamendi və “Mançester Siti”nin hücumçu Xulian Alvares Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında Argentina millisinin heyətində çıxış edəcəklər.
Aut.az xəbər verir ki, bununla bağlı yerli futbol federasiyası tərəfindən oyunçuların klublarından müvafiq razılıq alınıb. Olimpiya komandasının baş məşçqisi Xavier Maskerano qaydalara uyğun olaraq, onlara dəvət göndərə biləcək.
Argentina millisi qrup mərhələsində Mərakeş, İraq və Ukrayna ilə qarşılaşacaq.
Lionel Messi isə millinin heyətində yalnız iyunun 20-dən iyulun 14-dək ABŞ-da keçiriləcək Amerika Kubokunda çıxış edəcək.
Aut.az
