Almaniya

Müller ona ilişdi: Otel otağın getdikcə kiçilir – VİDEO

“Bayern”in hücumçusu Tomas Müller Dortmund “Borussiya”sı ilə matçda (4:0) het-trik edən komanda yoldaşı Harri Keynə sataşıb.

Aut.az xəbər verir ki, oyun başa çatdıqdan sonra Keyn həmişəki kimi topu özü ilə götürüb. O, meydanı tərk edərkən Tomas Müller ona tərəf qaçıb və “indi otel otağın getdikcə kiçilir, elə deyilmi?” deyib. Harrinin cavabı “bəli, bəli” olub.

Bu, Keynin “Bayern”ə qoşulduqdan sonra 3-cü het-trikidir. İngilis futbolçu Almaniya çempionatında keçirdiyi ilk 10 matçda 15 qol vurub.