Dünya futbolu

Sonuncu iştirakçı da müəyyənləşdi

Klublararası dünya çempionatının sonuncu iştirakçısı məlum olub.

Aut.az xəbər verir ki, Libertadores Kubokunun finalında “Boka Xuniors”u məğlub edən “Fluminense” (2:1) mundiala vəsiqə qazanıb. 

Turnirdə həmçinin İngiltərənin “Mançester Siti”, Meksikanın “Leon”, Yaponiyanın “Urava Red Daymonds”, Misirin “Əl Əhli”, Yeni Zelandiyanın “Ouklend Siti” və Səudiyyə Ərəbistanının “Əl İttihad” klubları da iştirak edəcək.

“Mançester Siti” və “Fluminense” turnirdəki çıxışlarına yarımfinaldan başlayacaq. “Şəhərlilər” “Leon” – “Urava Red Diamonds” matçının, Braziliya komandası “Əl Əhli” – “Əl İttihad”/”Oklend Siti” cütünün qalibi ilə qarşılaşacaq.