Almaniya

“Şalke” ulduz hücumçunun “saqqızını oğurladı”

“Şalke” klubu Edin Dzeko ilə tam şifahi razılıq əldə edib.

Aut.az xəbər verir ki, veteran hücumçu idman üzrə baş direktor Frank Baumann və baş məşqçi Miron Muşliçin apardığı danışıqlardan sonra 2-ci Bundesliqada yüksəliş uğrunda mübarizə aparan Almaniya klubuna keçməyə razı salınıb.

Hazırda “Şalke” ilə “Fiorentina” arasında transferin rəsmiləşdirilməsi üçün danışıqlar davam edir. Keçidin baş tutması üçün yalnız klublar arasında razılaşma qalır.

39 yaşlı bosniyalı hücumçu “Şalke”nin layihəsini cəlbedici hesab edir və komandanın dərhal Bundesliqaya qayıtmaq hədəfi uğrunda mübarizədə iştirak etməyə hazırdır.

Dzeko bu mövsüm “Fiorentina”nın heyətində bütün turnirlərdə 18 oyuna çıxaraq 2 qol vurub. Ötən mövsüm isə 53 matçda 21 dəfə fərqlənib. Onun İngiltərə, İtaliya, Almaniya və Türkiyənin aparıcı liqalarında klub karyerası üzrə vurduğu qolların sayı 300-ü ötüb.

Aut.az