Azarkeşlərə müraciət etdilər: Bu oyuna qırmızı paltarda gəlin
“Bavariya” Çempionlar Liqasının yarımfinalında “Real”la keçiriləcək oyun üçün azarkeşlərinə müraciət edib.
Aut.az xəbər verir ki, Münhen nəhəngi azarkeşlərindən xahiş edib ki, oyuna gələrkən qırmızı geyinsinlər.
Münhen mətbuat xidməti Tomas Müllerdən sitat gətirib: “Şkaflarınıza baxın və ya qırmızı bir şey alın – Mia san mia red”.
Konrad Laymer ümid etdiyini bildirib ki, “oyunçular çərşənbə axşamı “Allianz Arena”da “qırmızı divar”ı görəcəklər”.
“Artıq bir neçə onilliklərdir ki, “Bavariya” harada oynayırdısa, devizi belədir: “İrəli, qırmızılar!” Eyni ruhda bunu yenə edək!
“Bavariya”nın qırmızı ürəyi və “Uembli”yə olan qırmızı ehtirası ilə: klubun 2013-cü ildə çempion titulunu qazandığı yer”, – açıqlamada deyilir.
Aut.az
