Ölkə prezidentini təhqir etdi – FOTOFAKT
Rusiyalı qarışıq döyüş növləri üzrə döyüşçü Umar Nurməhəmmədov Argentina prezidenti Xavyer Maylini təhqir edib.
Aut.az xəbər verir ki, UFC döyüşçüsü Umar Nurməhəmmədov sosial şəbəkədə Mayli ilə bağlı xəbərə “Axmaq” şərhini yazıb.
Buna səbəb dekabrın 10-da rəsmi olaraq Argentina prezidenti vəzifəsinə başlayan Xavyerin bu yaxınlarda İslamın üçüncü müqəddəs məkanı olan Əl-Əqsa məscidinin sökülməsini və yerinə Yəhudi Məbədi kompleksinin tikilməsini təklif etməsi olub.

