Prezident açıqladı: Onlar döyüşəcək
BMF titulunun sahibi Castin Qeyci və keçmiş UFC yüngül çəki çempionu Maks Hollovey ilin ən böyük döyüşlərindən birində üz-üzə gələcək.
Aut.az xəbər, bu barədə UFC-nin mətbuat xidməti məlumat yayıb.
UFC prezidenti Dana Uayt rəsmi sayt vasitəsilə aprelin 13-də UFC 300-də Qeyci – Hollovey qarşıdurmasının baş tutacağını açıqlayıb.
Qeyd edək ki, Holloveyin qarışıq döyüş növləri üzrə nəticəsi 25 qələbə və 7 məğlubiyyətdir. Qeyci isə 29 keçirdiyi görüşdən 25-də qələbə qazanıb. Castin qalib gəlsə, o, BMF titulunu qoruyan ilk döyüşçü olacaq.
