Qaydasız döyüş

Nurməhəmmədov UFC-yə müraciət etdi: Cavidə döyüş verin, hazırdır

UFC döyüşçüsü Umar Nurməhəmmədov məşq yoldaşı ilə fotosunu nümayiş etdirib.

Nurməhəmmədov Merab Dvalişviliyə qarşı yanvarda baş tutacaq titul döyüşünə hazırlaşır.

Aut.az xəbər verir ki, Umar UFC-dən xahiş edib ki, sparrinq yoldaşı Cavid Bəşarətə döyüş verildin.

“Mən yorulmadan işləyirəm. 18 yanvara fokuslanmışam.

Cavid Bəşarət isə hər kəslə döyüşməyə hazırdır. O, sadəcə UFC-dən zəng gözləyir”, – deyə Umar sosial şəbəkələrdə yazıb.

29 yaşlı Bəşarət ağır çəki dərəcəsində yarışır və MMA karyerasında 12-1 rekordu var. O, əvvəlki döyüşünü 2 mart 2024-cü ildə keçirib və UFC Fight Night 238-də Eyemann Zahabiyə uduzub.

Aut.az