Qaydasız döyüş

Sosial şəbəkələrdən də getdi

UFC-nin keçmiş ikiqat çempionu, 37 yaşlı irlandiyalı Konor Makqreqor sosial şəbəkələrdən istifadəyə fasilə verdiyini açıqlayıb.

Aut.az xəbər verir ki, Makqreqor sosial şəbəkədəki səhifəsində yazıb:

“Hey uşaqlar, mən sosial mediada qısa fasilə verirəm, tezliklə görüşərik! Sevgim sarsılmazdır! Hamınıza təşəkkür edirəm. İnanılmaz dərəcədə motivasiyalı və nizam-intizamlıyam”.

İrlandiyalı 2021-ci ilin iyul ayından, UFC 264-də Dastin Poreyə ilk raundda texniki nokautla (ayaq zədəsi) uduzduqdan bəri qarışıq döyüş sənətləri oyununda döyüşmür.

Konorun Ağ Evdə keçiriləcək turnirdə döyüşəcəyi gözlənilir.

Aut.az