Qaydasız döyüş

Həbib sükutu pozdu: 40 milyon təklif olunub?

Yüngül çəkidə keçmiş UFC çempionu Həbib Nurməhəmmədov qayıtması üçün pul təklif olunduğu barədə yayılan şayiələrə münasibət bildirib.

Aut.az xəbər verir ki, “ümid edirəm ki, bu söhbətlər nə vaxtsa bitəcək”, – deyə Həbib sosial şəbəkə hesabında yazıb.

Keçmiş MMA döyüşçüsü Daniel Kormier iki il əvvəl Həbibin 40 milyon dollardan imtina etdiyini deyib.

Qeyd edək ki, 35 yaşlı Nurməhəmmədov 2021-ci ilin martında karyerasını başa vurub. O, çıxış etdiyi dövrdə keçirdiyi 29 görüşün hamısında qələbə qazanıb.