Qaydasız döyüş

2026-cı ilin ilk turnirlərinin vaxtı açıqlandı

UFC-325 turnirinin keçiriləcəyi tarix məlum olub.

Aut.az xəbər verir ki,Ş Jurnalist Ariel Helwani-nin məlumatına görə, 2026-cı ilin ikinci nömrəli turniri yanvarın 31-də Avstraliyanın Sidney şəhərində keçiriləcək.

Tədbir UFC-324 turnirindən bir həftə sonra baş tutacaq. UFC 324 24 yanvarda keçiriləcək və “Paramount” ilə yeni TV sazişinin qüvvəyə minməsindən sonra promosyon üçün ilk böyük tədbir olacaq.

Yüksək ehtimalla UFC-325 turnirinin əsas döyüşünü yarı yüngül çəki çempionu Aleksandr Volkanovski və onun rəqibi Dieqo Lopes təşkil edəcək.