Usik Ceyk Polla döyüşəcək?
Ağır çəkidə WBC, WBA və WBO versiyaları üzrə çempion Aleksandr Usik məşhur bloger Ceyk Polla MMA döyüşü keçirəcək.
Aut.az xəbər verir ki, bunu ukraynalı boksçunun özü “İnstaqram” səhifəsində açıqlayıb. Lakin görüşün detalları barədə məlumat verməyib.
Usik boksdakı sonuncu döyüşünü 2024-cü ilin dekabrında keçirib. O, keçmiş dünya çempionu Tayson Fyurini ikinci dəfə məğlub edib.
Qedy edək ki, Usikin 2025-ci ilin yayında hazırkı IBF dünya çempionu Daniel Dubois ilə revanş matçı keçirəcəyi gözlənilir.
Aut.az

