Orqanizmində marixuana aşkarlandı: Titulu əlindən alına bilər
“Bellator”da keçmiş çempion, hazırkı UFC döyüşçüsü Patrik Miksin dopinq testi müsbət çıxıb və titulunu itirə bilər.
Aut.az xəbər verir ki, bu barədə “MMA Fighting” məlumat yayıb.
Fransa MMA Federasiyası 2024-cü ildə “Bellator” Çempionlar Seriyası üzrə Miks və Maqomed Maqomedov arasında keçirilən döyüşün nəticələrinə yenidən baxa biləcəyi ilə bağlı bəyanat yayıb.
Boks Komissiyaları Assosiasiyası aydınlaşdırıb ki, Miks bütün WADA testlərindən keçib, lakin yalnız Fransa federasiyasının testi müsbət olub, onun orqanizmində marixuana izləri aşkarlanıb.
Qeyd edək ki, fransız döyüşçü UFC-də 2025-ci ilin may ayından yarışır.
Aut.az
