Messidən şou: 2 qol və 2 məhsuldar ötürmə – VİDEO
ABŞ-da MLS-in növbəti turunun oyununda “İnter Mayami” səfərdə “Nyu-York Red Bulls” komandasını 5:1 hesabı ilə darmadağın edib.
Aut.az xəbər verir ki, qonaqların heyətində Lionel Messi dubl etməklə yanaşı, iki məhsuldar ötürmə ilə də yadda qalıb. Digər qolları Jordi Alba və Telasko Segovia (2 qol) vurublar.
Bu qələbədən sonra “İnter Mayami” Şərq Konfransının turnir cədvəlində 41 xalla 5-ci pillədə qərarlaşıb. Komandanın lider “Filadelfiya”dan (47 xal) üç oyun az keçirdiyini nəzərə alsaq, zirvəyə çıxmaq şansı real görünür.
Aut.az
