Formula 1

Ferstappenin 40 yaşdan sonrakı halı: Sevgilisi etiraz etdi

Dördqat Formula 1 çempionu və “Red Bull” komandasının sürücüsü Maks Ferstappen zarafat edib ki, karyerasından sonra bol yeyəcək və kolbasa kimi olacaq.

Aut.az xəbər verir ki, onun sevgilisi Kelli Pike bu perspektivdən məmnun deyil. Hər ikisi bu barədə Viaplay “Maks Verstappen: Çempionun Anatomiyası” sənədli filmində danışıblar.

“Yenidən üç kiloqram artdım. Amma sonra onu bir həftə içində itirdim. 40-dan sonra necə olacaq? 40 yaşım olanda daha yarışmayacağam. Beləliklə, mən istədiyimi yeyə bilərəm”, – Maks deyib.

“Xeyr, yox, yox” deyə Pike cavab verib.

“Xeyr? Mən kolbasa kimi olacağam”, – deyə Maks əlavə edib.

Aut.az