“Atletiko” onu satır: Bu hərəkətini bağışlamadılar
“Atletiko”nun hücumçusu Memfis Depay baş məşqçi Dieqo Simeone ilə münaqişəyə görə qarşıdakı mövsümlərarası fasilədə Madrid komandasını tərk edəcək.
Aut.az xəbər verir ki, bu barədə İspaniyanın Cadena SER radiosunun jurnalisti Pedro Fullana məlumat verib.
Mənbənin sözlərinə görə, “hindular”ın baş məşqçisi niderlandlı forvardın İspaniya Primerasının cari mövsümünün final matçlarına hazır olmamasından hiddətlənib.
Qeyd olunur ki, Depay zədədən sağalma kursu keçdikdən sonra Çempionlar Liqasında Dortmund “Borussiya”sı ilə oynamağa hazır olduğunu bildirib. Lakin sonra futbolçu qəfildən zədədən sağalma müddətini uzadıb və bununla da İspaniya çempionatında “Atletiko”ya kömək etmək əvəzinə, Niderland millisinin tərkibində Avro 2024-də oynamaq üçün gücünü qorumağa qərar verib.
30 yaşlı Memfis Depay 2023-cü ilin yanvarında “Atletiko Madrid”ə keçib. 30 yaşlı hücumçunun Madrid klubu ilə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Bu mövsüm Memfis Depay komandanın heyətində 31 oyun keçirib, doqquz qol vurmağı bacarıb və həmçinin iki məhsuldar ötürmə verib. Transfermarkt internet portalı futbolçunun bazar dəyərini 12 milyon avro qiymətləndirir.
Aut.az
