Mahnıdan ilhamlanıb yeni mövsüm üçün forma hazırladılar – FOTOLAR
“Atletiko” klubu “Nike” şirkəti tərəfindən hazırlanmış növbəti mövsüm üçün yeni səfər formasını təqdim edib.
Aut.az xəbər verir ki, formanın əsas rəngi tünd göydür, dizaynın əsas diqqətçəkən detalı isə şimşək naxışlarıdır. Bu element formaya dinamika və hərəkətlilik qatır. Klubun, “Nike” şirkətinin və sponsorların loqotipləri parlaq sarı rəngdə işlənib, bu da ümumi görünüşə xarakter və ifadəlilik verir.
Yeni dizayna ilham verən isə Madrid klubuna məxsus “Metropolitano” stadionunda hər oyundan əvvəl səsləndirilən əfsanəvi AC/DC qrupunun “Thunderstruck” adlı mahnısı olub.
“Atletiko”nun rəsmi açıqlamasında deyilir: “Bəzi mahnıları sadəcə eşitmir, eyni zamanda hiss edirsən”.
Aut.az


