İspaniya

La Liqa bu oyunu Mayamidə keçirəcək – Messi lobbiçilik edəcək

La Liqa dekabrın 22-də “Barselona” və “Atletiko Madrid” arasında İspaniya çempionatı matçını Mayamidə keçirmək istəyir.

Aut.az xəbər verir ki, bu reallaşarsa, o zaman Primera oyunu ilk dəfə İspaniyadan kənarda keçiriləcək.

Əvvəllər ölkə Superkuboku uğrunda görüşlər Səudiyyə Ərəbistanında keçirilirdi. Bir neçə il əvvəl La Liqa matçlarının başqa ölkədə keçirilməsi imkanını artıq müzakirə etsə də, bu ideya reallaşmayıb.

“İnter Mayami”də çıxış edən “Barselona”nın əfsanəvi futbolçusu Lionel Messinin bu matçın tanıtımında iştirak edəcəyi gözlənilir.

Premyer Liqa bir vaxtlar Asiya və ya ABŞ-da əlavə tur keçirmək imkanını nəzərdən keçirdi, lakin sonradan bu ideyadan imtina etmək qərarına gəldi.

Aut.az