İspaniya

“Barsa” onu 100 milyona satmadı

“Barselona” “Bavariya”nın böyük maliyyə təklifini rədd edib. Aut.az xəbər verir ki, bu barədə “Diario Sport” məlumat yayıb.

Mənbənin sözlərinə görə, kataloniyalılar komandalarının mərkəz müdafiəçisi Ronald Arauxonu 100 milyon avroya satmaq istəməyiblər. Belə bir məbləğin İspaniya klubunun iqtisadi durumuna müsbət təsir göstərə biləcəyi qeyd olunur.

Arauxo 2018-ci ildən “Barselona” sistemindədir. Bu mövsüm müdafiəçi “blaugrana”nın heyətində bütün turnirlərdə 17 oyun keçirib və bir qol vurub. Futbolçunun Kataloniya klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 70 milyon avrodur.

Aut.az